SON DƏQQƏ

naxcivanxeberleri.com

İtaliyada növbəti mövsümün başlama vaxtı məlum oldu

İtaliyada növbəti mövsümün başlama vaxtı məlum oldu
20-05-2020, 23:18

İtaliya futbolunda 2020/2021 mövsümü sentyabrın 1-də start götürəcək.

NAXCİVANXEBERLERİ.COM-un İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar FIGC-in Federal Şurasının telekonfrans formatında iclasında verilib. Həmin qərara əsasən, A, B və C seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatını və dayandırılmasının mümkünlüyünü razılaşdıracaq.

Qeyd edək ki, daha əvvəl İtaliyada kütləvi tədbirlərin təşkilinə qadağa iyunun 14-dək uzadılıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930