SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda oynamış futbolçular Ukrayna çempionatının ik "10-luğ"unda

Azərbaycanda oynamış futbolçular Ukrayna çempionatının ik "10-luğ"unda
19-05-2020, 19:57

Ukrayna mətbuatı ölkə çempionatında çıxış etmiş ən yaxşı 10 belaruslu futbolçunun adını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM "Sport.ua" saytına istinadən xəbər verir ki, siyahıda vaxtı ilə Azərbaycanda oynamış iki oyunçunun adı daxil edilib.

Onlardan biri Vladimir Makosvki, digəri isə Valentin Belkeviçdir.

1996-cı ildə Minsk "Dinamo"sunun heyətində Belarus çempionatının ən yaxşı oyunçusu seçilən Makovski növbəti mövsümdə paytaxt təmsilçisi ilə qızıl medal qazanıb. 1997-cı ildə Moskvada "Birlik kuboku"nda iştirak edən Vladimir və qardaşı Mixail Moskva "Spartak"ı və Kiyev "Dinamo"sundan təklif alıb. Seçimini Ukrayna klubundan yana edən veteran hücumçu paytaxt klubunda rotasiya oyunçusu hesab olunurdu. Çünki həmin vaxt "Dinamo"nun hücum xəttində Sergey Rebrov və Andrey Şevçenko tandemi yer alırdı.

20 yaşlı futbolçu o ərəfədə istedad baxımından görkəmli həmkarlarından geri qalırdı. Əlbətdə, məşqlərə dözə bilsə və çox çalışsaydı, yüksək nəticələr əldə edərdi. Amma nə birincisi, nə də ikincisi nəticə verdi. "Dinamo"nun əsas komandasında cəmi 14 oyunda meydana çıxan Makovski mövsümün qalan hissəsini əvəzəedicilərdə keçirdi. Düzdür, yenə də Ukraynanın iki qat çempionu və kubokun sahibi oldu. Oyun xoşbəxtliyini Kiyevdə tapmayan forvard Ukraynanın futbol komandalarını dolaşmağa başladı. Növbə ilə "Vorskla", MOİK və "Zakarpatye" (hazırkı "Qoverla") klublarında möhkəmlənməyə çalışdı. Müxtəlif uğurlar əldə etdi. Makovski sabiq klubu "Dinamo" (Minks) ilə 5 illik müqavilədən sonra vətəninə qayıtdı.

 

Vladimir Makosvki

 

Veteran futbolçu 2005/2006 mövsümündə isə Bakı "İnter"inin (hazırkı "Keşlə") formasını geyinib. Paytaxt təmsilçisinin heyətində 52 oyuna 11 qol vuran Makovskinin son klubu isə ölkəsində "Qorodeya" olub.

Kiyev "Dinamo"suna Belarus çempionatının birinci və əsas ulduzu qismində keçən Belkeviç Minsk "Dinamo"sunun heyətində 5 qat ölkə çempionu olub. Moskvada "Birlik Kuboku"nda Ukrayna klubunun seleksiyaçıları tərəfindən kəşf olunan veteran yarımmüdafiəçi "Dinamo"ya komanda yoldaşı Aleksandr Xaçkeviçlə birlikdə transfer olunub. İstedadına baxmayaraq o vaxtkı baş məşqçi Yojef Yojefoviçin rəhbərliyi altında əsas heyətdə möhkəmlənə bilməyib.

Onun oyunu "ağ-göylər"ə Valeri Lobanovskinin təyinatından sonra alındı. Belkeviç uzun illər komandasının orta sahədəki ən fəal oyunçusu oldu. O, daha çox müdafiə ilə hücum xətti arasında əlaqləndirici funksiyasını yerinə yetirirdi. Meydançanı görmək, hadisələrin inkişafını əvvəlcədən hesablamaq bacarığı, ötürmə dəqiqliyi və gözəlliyi ilə unikal qabiliyyətə sahib idi. Cərimə zərbələrini ustalıqla yerinə yetirdi. "Dinamo" ilə Ukraynanın çoxqat çempionu və ölkə kubokunun sahibi, Çempionlar Liqasının yarımfinalçısı oldu.

Karyerasını bitirdikdən sonra Kiyev klubunun əvəzedici komandasında məşqçi işləyən Belkeviç 2014-cü il avqustun 1-də qəflətən dünyasını dəyişib.

Veteran futbolçu 2008/2009 mövsümündə "İnter"də çıxış edib. Cəmi 5 oyunda meydana çıxan belaruslu Azərbaycan çempionatında qol hesabını aça bilməyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930