SON DƏQQƏ

naxcivanxeberleri.com

Daha bir ölkə AVRO-2020 ilə bağlı zamanət verdi

Daha bir ölkə AVRO-2020 ilə bağlı zamanət verdi
18-05-2020, 17:30

Avropa çempionatının Şotlandiyanın Qlazqo şəhəri üzrə Təşkilat Komitəsi AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Assosiasiya rəhbərliyi UEFA-ya yarışı keçirmək niyyətini təsdiqləyən məktub göndərib. 

Qeyd edək ki, daha öncə Britaniya mediası Şotlantiya tərəfinin AVRO-2020-nin matçlarından imtina etməsi ilə barədə məlumat yaymışdı. 

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. 

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 

2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar mayın 27-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930