SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropanın daha bir ölkəsində çempionat ləğv olundu

Avropanın daha bir ölkəsində çempionat ləğv olundu
15-05-2020, 21:50

Futbol üzrə Kipr çempionatında 2019/2020 mövsümü bərpa olunmayacaq.

NAXCİVANXEBERLERİ.COM-un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı qərar klubların nümayəndələri ilə bugünkü iclasda qəbul edilib.

Qərara əsasən, çempion və kubokun qalibi elan olunmayıb. Avrokubok iştirakçıları isə turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşib. 43 xalla ilk pillədə yer alan "Omoniya" Kipri Çempionlar Liqasında, "Anortosis", APOEL və "Apollon" isə Avropa Liqasında təmsil edəcək.

Qeyd edək ki, Avropada daha əvvəl Niderland, Belçika və Fransa çempionatlarında cari mövsüm ləğv olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930