SON DƏQQƏ

naxcivanxeberleri.com

AIBA prezidenti vəzifəsinə seçkilərin vaxtı açıqlandı

AIBA prezidenti vəzifəsinə seçkilərin vaxtı açıqlandı
13-05-2020, 21:29

Beynəlxalq Boks Assosiasiyası (AIBA) Konqressinin növbəti iclası 12-13 dekabrda keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un AIBA-nın rəsmi saytına istinadən məlumatına görə, tarix qurumun İcraiyyə Komitəsinin üzvlərinin elektron səsverməsi ilə təyin olunub.

İclasda assosiasiyanın yeni prezidenti seçiləcək və qurumun yeni nizamnaməsi qəbul ediləcək.

Bildirilib ki, AIBA təkcə təşkilatın nizamnaməsini deyil, həm də yarışın formatını və təqvimini dəyişdirmək üçün fəal işləyir

Daha əvvəl qurultayın fövqəladə iclası iyunun 20-nə nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən ləğv olunmuşdu.

Qeyd edək ki, ötən ilin martında özbəkistanlı sahibkar Qafur Rəhimov AIBA rəhbəri vəzifəsindən istefa verib. Hazırda assosiasiyanın prezidenti səlahiyyətlərini Məhəmməd Mustasan yerinə yetirir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930