SON DƏQQƏ

naxcivanxeberleri.com

"Beşiktaş" "Qarabağ"ın sabiq qapıçısı ilə ciddi maraqlanır

"Beşiktaş" "Qarabağ"ın sabiq qapıçısı ilə ciddi maraqlanır
12-05-2020, 23:51

"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç Türkiyədən ciddi təklif alıb.

NAXCİVANXEBERLERİ.COM-un "Nezavisne Novine"yə istinadən məlumatına görə, bosniya və herseqovinalı qolkiperlə "Beşiktaş" klubu ciddi maraqlanır. "Qara qartallar" müqavilə ilə İngiltərə "Bornmut"una məxsus Beqoviçdən bir neçə mövsüm yararlanmaq niyyətindədir. Hazırda onun icarəyə götürülmə və ya transfer edilmə məsələsi açıq qalır.

Xəbəri təsdiqləyən agenti də 33 yaşlı oyunçunun şərtlər üzərində düşündüyünü açıqlayıb. Onun sözlərinə görə, "Beşiktaş" əvvəllər də təcrübəli qolkiperi heyətində görmək istəyib.

Xatırladaq ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün ilk yarısında icarə əsasında çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930