SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər

Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər
11-05-2020, 18:37

UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər.

NAXCİVANXEBERLERİ.COM-un "Telegraph" nəşrinə istinadən məlumatına görə, qitə futbol qurumu beynəlxalq pəncərədə milli komandaların oyun sayını artırmağı düşünür.

UEFA təqvimdəki sıxlığı nəzərə alaraq 6 gün ərzində 2 deyil, 3 oyun keçirilməsini planlaşdırır. Qurum Millətlər Liqasında cari mövsümü itirməmək üçün bu variantda əl atmaq niyyətindədir.

Amma yeni ideyanın gerçəkləşib-gerçəkləməyəcəyi sual altındadır. Çünki futbolçuların milli forma ilə 2 gündən bir oyun keçirmək istəyib-istəməyəcəkləri hələ bilinmir.

Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930