SON DƏQQƏ

naxcivanxeberleri.com

Britaniyadakı "Formula 1" yarışı ləğv oluna bilər

Britaniyadakı "Formula 1" yarışı ləğv oluna bilər
11-05-2020, 14:21

"Formula 1" üzrə Britaniya Qran-prisi ləğv oluna bilər. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, BBC-yə istinadən xəbər verir ki, bu, ölkəyə gələn şəxslərin məcburi karantinə alınması səbəbindən reallaşa bilər. 

Böyük Britaniyanın baş naziri Boris Conson ölkəyə təyyarə ilə gələn bütün şəxslərin 14 günlük məcburi karantin rejimindən keçmələrinin lazım olduğunu açıqlayıb. 

Britaniya mediası idda edir ki, bu tədbir iyunun əvvəlində qüvvəyə minəcək. 

Cari mövsüm "Formula 1"i başlamaq üçün təklif olunan plana əsasən 5 - 8 iyulda Avstriya, 19 - 23 iyulda isə Britaniya Qran-prisi keçirilməlidir. Lakin komandalar məcburi iki həftəlik karantinə məruz qalsalar, Avstriyadakı Qran-pridən sonra Britaniyadakı yarışa hazırlaşa bilməyəcəklər. 

Yarış rəhbərliyi hökumət ilə "Formula 1" iştirakçıları üçün tədbirlərin yüngülləşdirilməsi imkanlarını müzakirə edir. 

Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930