SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən internet üzərindən təşkil olunan canlı yarışlar davam edir

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən  internet üzərindən təşkil olunan canlı yarışlar davam edir
9-05-2020, 08:46

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən “Evdə qal, şahmat oyna” devizi altında internet üzərindən təşkil olunan canlı yarışlar davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  sabah ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş Azərbaycan və Türkiyə şahmatçıları arasında internet üzərindən dostluq görüşü keçiriləcəkdir. Görüş saat 2100-da başlayacaq. Blitz turnirdə naxçıvanlı zəka sahibləri ilə yanaşı, Mersinin “Modern”, Antalyanın “Çallı Spor”, “Konyaaltı Olbia”, Bakının “Zirə Eko-Park”, “Grand Master”, İstanbulun “Galaksi”, Hatayın “Şah” Şahmat klubları, həmçinin Ankaranın DSİ Gənclik və İdman Dərnəyi mübarizə aparacaq. Şahmatçılar arasında turnir lichess.org portalında keçiriləcək. Qeyd edək ki, turnirdə iştirak üçün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının saytından (chess.nax.az/Turnirlər/ Növbəti turnirlər/ bölməsindən) istifadə etmək mümkündür. 

 

Ceyhun MƏMMƏDOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930