SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənclərin asudə vaxtı səmərəli təşkil olunur-FOTO

Naxçıvanda gənclərin asudə vaxtı səmərəli təşkil olunur-FOTO
7-05-2020, 01:25

Aprel ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın daha da artırılması və kitabları gənclərə sevdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrindəki hesablarında “Evdə qal, mütaliədən qalma” aksiyası keçirilmiş, könüllü gənclər tərəfindən əhaliyə müraciət olunaraq “Evdə qal!” çağrışı ilə videoçarx hazırlanmış, “Kitabi-Dədə Qorqud” dastanı və milli-mənəvi dəyərlər” mövzusunda onlayn kitab müzakirəsi, “Mənim Qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyası və “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn psixoloji təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən məktəblilər arasında onlayn şahmat yarışları təşkil edilmiş, bədən tərbiyəsi və idmanın təbliği məqsədilə “Evdə qal, idmandan qalma!” şüarı altında videoçarxlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman obyektlərində, həmçinin özəl fitnes mərkəzlərində yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya işləri və obyektlərin əmakdaşları ilə gigiyena tədbirlərinin müntəzəm diqqətdə saxlanılması barədə maarifləndirici söhbətlər aparılmışdır.

 

Naxçıvanda gənclərin asudə vaxtı səmərəli təşkil olunur-FOTO

Naxçıvanda gənclərin asudə vaxtı səmərəli təşkil olunur-FOTO
Naxçıvanda gənclərin asudə vaxtı səmərəli təşkil olunur-FOTO

Naxçıvanda gənclərin asudə vaxtı səmərəli təşkil olunur-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930