SON DƏQQƏ

naxcivanxeberleri.com

Millimizin futbolçusunun məşq etməsinə icazə verildi

Millimizin futbolçusunun məşq etməsinə icazə verildi
6-05-2020, 20:32

ABŞ-ın MLS və USL klubları növbəti həftədən məşqlərini bərpa edəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubunun rəsmi saytı xəbər yayıb.

Qeyd olunub ki, komandalar mayın 11-dən etibarən bazalarında 4 nəfərlik qruplar şəklində hazırlaşa biləcəklər.

Məşq vaxtı meydançada komandanın məşqçilərindən və əməkdaşlarından yalnız bir nəfər yer ala biləcək. 

ABŞ-da yerli liqalar koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930