SON DƏQQƏ

naxcivanxeberleri.com

Daha bir Avropa ölkəsində çempionat rəsmən yekunlaşdı

Daha bir Avropa ölkəsində çempionat rəsmən yekunlaşdı
2-05-2020, 09:46

Futbol üzrə Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq. 

NAXCİVANXEBERLERİ.COM Cəbəllütariq Futbol Assosiasiyasının (GFA) rəsmi saytına istinadən xəbər verir ki, qurum bununla bağlı üzvlərinə məlumat verib. 

Qərar yerli hökumətin GFA-ya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirdikdən sonra qəbul edilib. 

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. 

Turnir cədvəlində 17 oyundan sonra 49 xalla 1-ci pillədə qərarlaşan "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. 

Bildirilib ki, ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək. 

Cəbəllütariq çempionatında 6 komanda mübarizə aparır. 

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930