SON DƏQQƏ

naxcivanxeberleri.com

PSJ-nin çempionluğu rəsmiləşdi

PSJ-nin çempionluğu rəsmiləşdi
30-04-2020, 20:07

Fransanın PSJ klubunun Liqa 1-də 2019-2020 mövsümünün çempionu olması rəsmiləşib.

NAXCİVANXEBERLERİ.COM yarışın saytına istinadən xəbər verir ki, 27 turdan 68 xal toplayan paytaxt təmsilçisi qalib elan olunub.

Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan "Amyen" və "Tuluza" Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu "Loryan" və 2-ci sırada qərarlaşmış "Lans" elitaya yüksəlib.

Fransanı avrokuboklarda təmsil edəcək komandaların adlarına da aydınlıq gəlib. Yarımçıq dayandırılan mövsümü 2-ci sırada başa vuran "Marsel" PSJ ilə birlikdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" ÇL-in pley-off mərhələsində çıxış edəcək. "Lill", "Reyms" və "Nitsa" isə Avropa Liqasında iştirak hüququ qazanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930