SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahmat Federasiyası tərəfindən videodərslər və onlayn turnirlər keçirilir

Şahmat Federasiyası tərəfindən videodərslər və onlayn turnirlər keçirilir
30-04-2020, 15:45

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi  ilə videodərslərə start verilmişdir.

COVİD-19 pandemiyası səbəbilə onlayn şəkildə keçirilən dərslərdə federasiyanın bütün şagirdləri iştirak edirlər. İnternet resurslarından yararlanan zəka sahiblərinə dərslər qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Talıb Babayev tərəfindən tədris olunur. Videodərslərin təşkilində məqsəd şahmatçıların evdə asudə vaxtlarının səmərəli təşkilinə və məşğələlərdən geri qalmamasına nail olmaqdır.

 Onlayn şahmat dərslərində ikiqat dünya çempionu, qrossmeyster İlahə Qədimova da bilik və bacarıqlarını gənc zəka sahiblərinə aşılayıb. Beynəlxalq usta Talıb Babayevin “Cinahdan oyun” adlı videodərsində isə şahmatçılara “cinahdan necə oyun qurulmalıdır?” sualına aydınlıq gətirilib.

Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi ilə təşkil etdiyi növbəti videodərsdə beynəlxalq usta Toğrul Həsənzadə tərəfindən hazırlanan Aleksandr Alyoxin və Raul Kabablanka oyununun təqdim edilib.

Həftənin bütün günləri keçirilən videodərslərlə yanaşı, Şahmat Federasiyası tərəfindən mütəmadi olaraq onlayn şəkildə blits, bullet turnirləri və yoldaşlıq görüşləri də təşkil edilir. Həmçinin Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Mersinin Modern Şahmat Kulubunun, Grand Master Şahmat Klubunun və Şah Şahmat Klubunun şahmatçıları arasında rapid turnir də keçirilib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının şahmatçıları ilə Ankara Dövlət Su İşləri Şahmat Klubunun zəka sahibləri arasında internet üzərindən canlı dostluq görüşü təşkil olunub.

Federasiyanın zəka sahibləri arasında ötən gün rapid, blitz və bullet turniri keçirilib. Turnirə iştirak etmək istəyən şahmatçılar chess.nax.az saytına daxil olaraq qeydiyyatdan keçməklə mübarizəyə qoşulublar.

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı ilə internet üzərindən şahmat yarışı təşkil edilib. Yarışda Azərbaycan komandası ilə Türkiyədə yaşayan Azərbaycanlı şahmatçılarımız qarşı-qarşıya gəliblər. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimi, qroysmesster Urfan Sevdimalıyev də Azərbaycan komandasının heyətində mübarizə aparıb.

Azərbaycanda şahmatın təbliği və inkişafı, pandemiya şəraitində şahmatçıların oyun praktikasının saxlanması məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə internet üzərindən şahmat üzrə bullet (sürətli şahmat) birinciliyi keçirilib. Turnirdə FİDE əmsalı 2200-dən yuxarı, qadınlardan isə 1900-dan yuxarı olan şahmatçılar iştirak edib.  Həmçinin 2016-cı ildə 16 yaşa qədər yeniyetmələr arasında keçirilən Ümumdünya şahmat olimpiadasının qalibləri, son üç ildə keçirilmiş yaş qrupları üzrə Dünya və Avropa birinciliklərinin qalibləri və mükafatçıları, oğlan və qızlar arasında  2019-cu il Azərbaycan çempionatının (8-18 yaş) qalib və mükafatçıları mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 5 zəka sahibi də birincilikdə zəka gücünü sınayıb. Onlar arasında ən uğurlu nəticə göstərən 1-ci Azərbaycan çempionatının iştirakçısı olmuş şahmatçımız Urfan Sevdimalıyev olub.

Qeyd edək ki, Şahmat Federasiyası tərəfindən dərs və turnirlər mütəmadi olaraq təşkil edilir. Dərslər və yarışlar federasiyanın rəsmi youtube kanalına yerləşdirilir

 

Ceyhun MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930