SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisinin üzvü Rusiya çempionatında çıxış edəcək

Azərbaycan millisinin üzvü Rusiya çempionatında çıxış edəcək
30-04-2020, 10:41

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib.

NAXCİVANXEBERLERİ.COM klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu 2020/2021 mövsümündə bu komandada çıxış edəcək.

Əzizova "Minçanka"ya transferindən məmnunluğunu bildirib. O, yeni komandası barədə çox şeylər eşitdiyini və Superliqada izlədiyini vurğulayıb: “Bundan əlavə, həmişə Rusiya çempionatında oynamaq istəyirdim”.

 

Əzizoza yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita Əzizova 2012 – 2017-ci illərdə “Telekom”da oynayıb. O, 2017-ci ildə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb. 

Xatırladaq ki, Marqarita Əzizova 2019/2020 mövsümündə Polşanın "Radomka" klubunda çıxış edib və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunmuş voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930