SON DƏQQƏ

naxcivanxeberleri.com

KİV: Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

KİV: Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
28-04-2020, 13:51

Almaniyanın "Bild" nəşri "Formula 1" üzrə dünya çempionatında 2020-ci il mövsümünün mümkün kalendarını təqdim edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib.

Almaniyalı jurnalistlərə görə, mövsüm iyul ayından tez başlamayacaq. Bakıda yarışın sentyabrın 6-da baş tutacağı göstərilib.

İddiaya görə,Avstriya (5-12 iyul), Böyük Britaniy (26 iyul-2 avqust) və Macarıstan (16-23 avqust) mərhələlərinin sayı ikiqat artırılacaq.

Təqvimə həmçinin Sinqapur (20 sentyabr), Rusiya (27 sentyabr), Çin (4 oktyabr), Yaponiya (11 oktyabr), Meksika (1 noyabr), Braziliya (8 noyabr), Vyetnam (22 noyabr), Bəhreyn (6 dekabr) və Abu-Dabi (13 dekabr) Qran-priləri də daxil edilib.

Beləliklə, mövsümün 17 mərhələdən ibarət olacağı vurğulanıb.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930