SON DƏQQƏ

naxcivanxeberleri.com

"Real" agentin tələblərinə görə Holandı almaqdan imtina etdi

"Real" agentin tələblərinə görə Holandı almaqdan imtina etdi
25-04-2020, 07:44

"Real" yay transfer pəncərəsində "Borussiya"nın hücumçusu Erlinq Holandı almaqdan imtina edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM “Daily Mail”ə istinadən xəbər verir.

Məlumata görə, buna transferin baş tutacağı təqdirdə agent Mino Rayolenə, həmçinin futbolçunun atasına yüksək ödənişin tələb edilməsi səbəb olub. "Kral klubu" Holandın idman imkanlarını yüksək qiymətləndirir, ancaq yayda Holandı almaqdan imtina etməyə məcbur olub.

Daha əvvəl bildirilirdi ki, norveçlinin hazırkı qiyməti 75 milyon avro təşkil edir. Lakin koronavirus pandemiyası ilə bağlı Avropa futbolundakı fasilə bitdikdən sonra bu məbləğ azalacaq.

Holand alman “Borussiya”ya bu ilin yanvarında “Red Bull Zalsburq”dan 20 milyon avroya keçib. O, 8 matç keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Daha əvvəl bildirilirdi ki, Madrid “Real”ı "Tottenhem Hotspur"un və İngiltərə milli komandasının hücumçusu Harri Keynlə maraqlanır. Lakin “Real”ın əsas transfer hədəfi “Borussiya”nın hücumçusu Erlinq Holand idi.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930