SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Milli Olimpiya Komitəsinə ödəniləcək vəsaitin məbləği artırıldı

Azərbaycan Milli Olimpiya Komitəsinə ödəniləcək vəsaitin məbləği artırıldı
24-04-2020, 19:00

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştiraka hazırlıq məqsədilə Milli Olimpiya komitələrinə ayrılan vəsaitin məbləğini 10,3 milyon ABŞ dolları artırıb.

NAXCİVANXEBERLERİ.COM IOC-un rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın təxirə salınması ilə əlaqədar subsidiyaların miqdarı 46,7 milyon ABŞ dollarından 57 milyon dollara yüksəldilib.

Bildirilib ki, ödənişlər xüsusi ərizə əsasında veriəcək. Vəsait nəqliyyat, yaşayış, ezamiyyət və əməliyyat xərclərini qarşılamağa yönəldiləcək.

IOC həmçinin Milli Olimpiya komitələrinin rəhbərliyində 4 ildən bir keçirilən seçkilərin təxirə salına biləcəyi ilə bağlı qərar qəbul edib. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930