SON DƏQQƏ

naxcivanxeberleri.com

FIFA AFFA-ya maliyyə yardımı ayırdı

FIFA AFFA-ya maliyyə yardımı ayırdı
24-04-2020, 18:00

FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək.

Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi vurğulanıb.

Məlumatda qeyd olunub ki, FIFA üzv assosiasiyaları yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə qurumun futbolu qorumaq üçün bu addımı atdığı bildirilib.

FIFA-nın yaxın günlərdə hər federasiyaya 500 min ABŞ dolları köçürəcəyi qeyd olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930