SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunu yeni stadionda olmayacaq

Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunu yeni stadionda olmayacaq
24-04-2020, 09:07

Azərbaycan yığmasının rəqibi Lüksemburq yığması UEFA Millətlər Liqasındakı oyunlarını yeni tikilən Milli Stadionda keçirə bilməyəcək.

NAXCİVANXEBERLERİ.COM "wort.lu"ya istinadən xəbər verir ki, bu barədə Lüksemburq FutbolFederasiyasının (FLF) prezidenti Pol Filipp bildirib. 

Arenadakı işlərin koronavirus pandemiyası ilə əlaqədar ləngiməsindən məyus olan assosiasiya rəhbəri Millətlər Liqasındakı qarşılaşmaları yeni stadionda oynamağın demək olar ki, mümkünsüzlüyünü söyləyib. FLF prezidenti stadiondakı ilk oyunların 2021-ci ilin martına planlaşdırıldığını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburqla yanaşı, Kipr və Monteneqro da birgə yer alıb. 

Azərbaycan - Lüksemburq matçı sentyabrın 1-də, komandalar arasındakı növbəti görüş isə noyabrın 15-də keçirilməlidir. Bunlar Azərbaycan yığmasının turnirdəki ilk və son görüşləri olacaq. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930