SON DƏQQƏ

naxcivanxeberleri.com

Avroliqada mövsümün taleyinə gələn ay aydınlıq gələcək

Avroliqada mövsümün taleyinə gələn ay aydınlıq gələcək
23-04-2020, 21:09

Basketbol üzrə Avroliqa müntəzəm mövsümünün rəhbərliyi koronavirus pandemiyasına görə dayandırılan cari çempionatla bağlı yekun qərarını mayın 24-də verəcək.

NAXCİVANXEBERLERİ.COM turnirin rəsmi saytına istinadən məlumatına görə, bu barədə yarışın İdarə Heyətinin bugünkü iclasında razılıq əldə olunub.

Bildirilib ki, mövsüm davam etdiriləcəyi halda mayın 29-dan iyunun 11-dək karantin tətbiq olunacaq. 12 iyun - 2 iyul tarixlərində komandalar üçün təlim-məşq toplanışı təşkil ediləcək. İyulun 4-dən 26-dək isə oyunlar keçiriləcək.

Məlumatda həmçinin qeyd olunub ki, müntəzəm çempionatın yerdə qalan matçları və pley-off qarşılaşmaları eyni yerdə təşkil oluna bilər. Pley-off mərhələssinin görüşlərinin "Final 8" formatında ola biləcəyi də istisna olunmur. Matçlar azarkeşsiz oynanılmalıdır. Avrokubok oyunlarının da 4-17 iyul tarixlərində eyni şəhərdə keçirilməsi gündəmdədir.

İclasda oyunçuların müqavilə məsələsi də həllini tapıb. Fasilə dövründə Avroliqada basketbolçulara maaş verilməsi dayandırılıb. Onlar səhiyyə orqanlarının tövsiyələrinə əməl etməklə, müvəqqəti olaraq öz vətənlərinə qayıda bilərlər. Mövsüm bərpa olunacağı təqdirdə başa çatan müqavilələr iyulun 31-dək uzadılacaq. Klublar sözləşməyə əsasən, məvacibin 85 faizini avqustun 15-dən gec olmayaraq oyunçulara ödəyəcəklər.

Mövsüm ləğv ediləcəyi halda isə vaxtı tamam olan müqavilələr bitmiş hesab olunacaq. Bu zaman basketbolçulara qalan maaşlarının 80 faizi ödəniləcək.

Qeyd edək ki, Avroliqa müntəzəm çempionatı martın 12-də dayandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930