SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropa çempionatı üçün İtaliyaya 3 tarix təklif edildi

Avropa çempionatı üçün İtaliyaya 3 tarix təklif edildi
20-04-2020, 17:03

Avropa Velosipedçilər Birliyinin (UEC) videokonfrans formatında iclası keçirilib. 

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, toplantıda AzVİF-in I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib. 

İclasda 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkili məsələləri əsas müzakirə mövzularından olub.

Bildirilib ki, bir neçə gün əvvəl Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən “Tour de France” veloturunun 29 avqust – 20 sentyabr, İsveçrədə təşkil ediləcək şose velosipedi üzrə dünya çempionatının isə 20 - 27 sentyabrda tarixlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. 9 - 13 sentyabrda İtaliyanın qəbul etməli olduğu Avropa çempionatının yeni vaxtının müəyyənləşdirilməsi ilə bağlı təşkilatçı ölkəyə 3 müxtəlif tarix təklif edilib. Yaxın günlərdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Tokio Yay Olimpiya Oyunlarının gələn il 23 iyul – 8 avqustda keçiriləcəyini nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının vaxtının dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, UEC Direktorlar Komitəsi Belarus hökuməti ilə birlikdə qitə çempionatının yeni tarixinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrə başlayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930