SON DƏQQƏ

naxcivanxeberleri.com

AFFA “Avro-2020” ilə bağlı UEFA-ya təsdiq göndərib

AFFA “Avro-2020” ilə bağlı UEFA-ya təsdiq göndərib
17-04-2020, 23:04

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar "Avro-2020" turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Avro-2020"nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930