SON DƏQQƏ

naxcivanxeberleri.com

"Barselona" Neymarın qayıdışı ehtimalına aydınlıq gətirdi

"Barselona" Neymarın qayıdışı ehtimalına aydınlıq gətirdi
17-04-2020, 08:48

PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsində "Barselona”ya qayıtmayacaq.

Bu barədə NAXCİVANXEBERLERİ.COM “Catalunya Radio”ya istinadən xəbər verir.

Məlumata görə, Katalon klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhranına görə yay transfer pəncərəsində braziliyalı hücumçunun transfer imkanını istisna edib.

Qeyd edilir ki, "Barselona”nın əsas transfer hədəfi "İnter"in hücumçusu Lautaro Martinesdir.

Neymar "PSJ"yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib. Braziliyalı ötən yay yenidən əvvəlki komandasına qayıtmağa cəhd edib, ancaq klublar sazişin maliyyə şərtlərini razılaşdıra bilməyib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930