SON DƏQQƏ

naxcivanxeberleri.com

"Qarabağ"ın sabiq üzvü dünyanın ən yaxşı 5 qapıçısını açıqladı

"Qarabağ"ın sabiq üzvü dünyanın ən yaxşı 5 qapıçısını açıqladı
16-04-2020, 09:10

“Bacardığım qədər qaçıram, velosiped sürürəm və idman salonunda məşq etməyə çalışıram”.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu fikirləri hazırda İtaliyanın “Milan” klubunun formasını geyinən “Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç deyib.

“Instagram”da azarkeşlərin suallarını cavablandıran 33 yaşlı qolkiper xüsusi proqram vasitəsi ilə komanda ilə birlikdə məşq etdiklərini bildirib: “Mümkün qədər məşq etməyə və geri qayıdanda tam hazır olmağa çalışıram. Evdə əsasən ailəm və uşaqlarımla vaxt keçirirəm, qolf oynamağı və kitab oxumağı da sevirəm”.

Beqoviç dünyada 5 ən yaxşı qapıçının da adlarını açıqlayıb: Bu siyahıya Mark-Andre ter Şteqen ("Barselona", İspaniya), Tibo Kurtua (“Real Madrid”, İspaniya), Canluici Donnaruma (“Milan”, İtaliya), Yan Oblak (“Atletiko”, İspaniya) və Manuel Noyeri (“Bavariya”, Almaniya) daxil edərdim”.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus Bosniya və Herseqovina yığmasının üzvü mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930