SON DƏQQƏ

naxcivanxeberleri.com

FIFA rəsmisi: "Beynəlxalq matçlar 2021-ci ildən əvvəl başlaya bilməz"

FIFA rəsmisi: "Beynəlxalq matçlar 2021-ci ildən əvvəl başlaya bilməz"
14-04-2020, 10:30

FIFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası səbəbindən təxirə salınan beynəlxalq oyunların bərpa olunması ilə bağlı fikirlərini bölüşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumata görə, kanadalı funksioner beynəlxalq matçların 2021-ci ildən əvvəl başlamasının qeyri-mümkünlüyü fikrini ifadə edib. 

“İnanıram ki, yerli futbol prioritetdir. Sentyabr hələ plandadır, amma buna əmin deyiləm. Çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədləri keçərkən problemlər ola bilər. Futbol qarşılaşması üçün yaşıl işıq olarsa, azarkeşlərlə baş tutacağına şübhə edirəm. Mən, sadəcə onu görmürəm, düşünürəm kİ, bu, çox böyük bir riskdir” deyə Montalyani vurğulayıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930