SON DƏQİQƏ

naxcivanxeberleri.com

Karate-do üzrə Naxçıvan şəhər birinciliyi keçirilib-FOTOLAR

Karate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLAR
12-02-2019, 10:25 317 dəfə baxılıb

11 fevral 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki , birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı digər 7 rayonun da idmançıları iştirak etmişdir. Tədbirdə çıxış edənlər Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə idmançıları təbrik etmiş və bildirmişlər ki, açıq birinciliyin keçirilməsində məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 150-yə yaxın idmançı iştirak edib. 7 yaş qrupunda 12 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib. Yekun nəticəyə görə, qızlar arasında 8-9 yaş qrupunda Zəhra Məmmədova (-35 kq, Naxçıvan), 10-11 yaş qrupunda Nərgiz Həsənli (-35 kq, Naxçıvan), Ayan Məmmədova (-40 kq, Naxçıvan), oğlanlar arasında isə 8-9 yaş qrupunda Həsən Səfərli (-23 kq, Naxçıvan), Elgün Zeynalov (-33 kq, Kəngərli), 10-11 yaş qrupunda Yaqub Qənbərov (-30 kq, Naxçıvan), Yaqub Abdullayev (-38 kq, Babək), 12-13 yaş qrupunda Əli Mehdiyev (-33 kq, Şərur), Məhəmməd Bağırov (-48 kq, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kq, Naxçıvan) və 16-17 yaş qrupunda İmran Həsənov (-55 kq, Naxçıvan), Aslan İsmayılov (-61 kq, Naxçıvan) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.
Karate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLARKarate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLAR
Karate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLAR
Karate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLAR
Karate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLAR
Karate-do   üzrə Naxçıvan şəhər  birinciliyi keçirilib-FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728