SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi

UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi
5-04-2020, 01:53

UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmağı planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksandr Çeferin ZDF telakanlına açıqlamasında bildirib. 

Sloveniyalı funksioner deyib ki, Çempionlar Liqası və Avropa Liqasındakı qalan qarşılaşmaları milli çempionatların keçirildiyi günlərdə də oynamaq olar: "Vəziyyət fövqəladədir. Biz möhkəm olmalıyıq. Böhran başa çatsa, tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək olar. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.   

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930