SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıdakı Qran-pri növbəti ilə təxirə salındı

Bakıdakı Qran-pri növbəti ilə təxirə salındı
4-04-2020, 16:30

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. 

Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a  verilən məlumata görə, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib. 

Anlaşmaya əsasən turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq. 

IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib. 

Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq. 

Qeyd edək ki, daha öncə Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930