SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tyaqo Silva “Fluminense”yə qayıtmaq istəyir

Tyaqo Silva “Fluminense”yə qayıtmaq istəyir
4-04-2020, 01:51

PSJ futbol klubunun və Braziliya milli komandasının müdafiəçisi Tyaqo Silva etiraf edib ki, gələcəkdə "Fluminense"yə qayıtmaq arzusundadır.

Bu barədə NAXCİVANXEBERLERİ.COM  “L Equipe”yə istinadən xəbər verir.

"Həyatımın ən çətin anlarından birində "Fluminense" mənə kömək etdi. Mən kluba təşəkkür edirəm. Bu, hər şeydən daha əhəmiyyətlidir. Bilmirəm nə vaxt, amma qayıtmağı və həmin formanı yenidən geyinməyi düşünürəm", - Silva bildirib.

Tyaqo Silva 1998-ci ildən 2000-ci ilə qədər "Fluminense" gənclər komandasında çıxış edib, 2006-cı ildən 2008-ci ilə qədər isə Braziliya klubunun əsas komandasının heyətində oynayıb.

Silva PSJ-də 2012-ci ildən çıxış edir. 35 yaşlı braziliyalı müdafiəçi cari mövsümdə Fransa Liqasının 21 matçında iştirak edib, ancaq məhsuldar ötürmə ilə yadda qalmayıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930