SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güləşçilərimiz üçün olimpiya təsnifat yarışları gələn ilə keçirildi

Güləşçilərimiz üçün olimpiya təsnifat yarışları gələn ilə keçirildi
3-04-2020, 22:54

Azərbaycan güləşçilərinin iştirak edəcəkləri Avropa və Dünya Olimpiya Təsnifat Turnirləri 2021-ci ilə keçirilib. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) Bürosu onlayn konfransda qərar qəbul edib. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin keçirilmə qrafiki builki tarixləri təkrarlayacaq. 

Qeyd edək ki, Avropa Təsnifat Turniri bu il 19 - 22 martda Macarıstanın paytaxtı Buxarestdə, Dünya Təsnifat Turniri 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmalı idi. Tokio olimpiadası isə 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. Bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930