SON DƏQİQƏ

naxcivanxeberleri.com

4 komanda Premyer Liqanın ləğv olunmasını istəyir

4 komanda Premyer Liqanın ləğv olunmasını istəyir
31-03-2020, 17:53

İngiltərə Premyer Liqasındakı klubların mövsümün qalan hissəsi ilə bağlı fikir ayrılıqları barədə təfərrüatlar bəlli olub.

NAXCİVANXEBERLERİ.COM “The Independent”ə istinadən xəbər verir ki, yalnız turnir cədvəlinin son pillələrindəki 4 komanda mövsümün ləğv edilməsini istəyir.

Klub rəhbərlərinin fikrincə, mövsümün sonunda onlara ödəniləcək məbləğ qalan turları ləğv etmək üçün yayım şirkətlərinə geri qaytarmalı olduqları puldan çox olacaq.

Premyer Liqanın digər klubları isə mövsümün qalan hissəsinin ləğv olunması fikrinə qarşıdırlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra "Liverpul" 82 xalla liderdir və ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930