SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi üçün mümkün tarix açıqlandı

Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi üçün mümkün tarix açıqlandı
26-03-2020, 11:38

Təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ildə mümkün keçirilmə tarixi müəyyənləşib. 

 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyasının rəhbəri Con Kouts "Reuters"ə açıqlama verib. O bildirib ki, hazırda gələn ilin iyul - avqustunda "pəncərə"nin yaradılması istiqamətində beynəlxalq idman federasiyaları ilə iş aparılır. Koutsun fikrincə, olimpiada tennis üzrə iyulun ortalarında başa çatacaq Uimbldon və avqustun sonlarında başlanacaq US Open arasındakı dövrdə təşkil olunmalıdır. 

IOC rəsmisi Oyunların tarixini yaxın 4 həftə ərzində təsdiqləmək istədiklərini diqqətə çatdırıb. 

Qeyd edək ki, Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930