SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio olimpiadasının təxirə salınma variantı nəzərdən keçirilir

Tokio olimpiadasının təxirə salınma variantı nəzərdən keçirilir
22-03-2020, 14:00

Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçıları olimpiadanın koronavirus pandemiyası ilə əlaqədar daha gec tarixə təxirə salınması istiqamətində mümkün variantları nəzərdən keçirməyə başlayıblar. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Mənbələrdən biri onlardan Oyunların təxirə salınma halına simulyasiya etməyin xahiş olunduğunu söyləyib. Digəri isə deyib: "Biz alternativ planlar üzərində işləyir, təxirəsalmanın müxtəlif müddətlərini öyrənirik". 

Təşkilatçıların olimpiadanın azarkeşsiz keçirilmə variantını da nəzərdən keçirdikləri bildirilir. Hərçənd, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (IOC) əvvəllər belə variantı təkzib edib. Yekun qərarı da IOC verəcək. Amma bu qurum Yaponiyanın tələblərini də nəzərə almağa çalışacaq. 

Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqustda keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar bütün böyük yarışlar ləğv olunub və ya təxirə salınıb. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930