SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yunanıstan olimpiya alovunu Təşkilat Komitəsinə verdi

Yunanıstan olimpiya alovunu Təşkilat Komitəsinə verdi
19-03-2020, 17:00

Yunanıstan olimpiya alovunu Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinə təhvil verib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, paytaxt Afinada tarixi Olimpiya bölgəsindəki tədbir koronavirus səbəbindən ilk dəfə məhdud çərçivədə baş tutub.

Çoxsaylı qonaq və jurnalistlərə daha əvvəl verilmiş akkreditasiyaları ləğv edilib, tamaşaçılar stadiona buraxılmayıb. Tədbir Yunanıstanın ictimai televiziyası olan ERT-də canlı yayımlanıb. 

Arenada bir neçə jurnalist və texniki heyət üzbləri də daxil olmaqla, 50-dək insan yer alıb, tribunalar isə tamamilə boş olub. Stadiondakı məşəl estafetində yalnız 2 yunan atlet iştirak edib.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi martın 12-də keçirilib. Həmin tədbir də ilk dəfə azarkeşsiz baş tutub. İyulun 24-də start götürməsi planlaşdırılan Tokio olimpiadası avqustun 9-da başa çatacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930