SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı

Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı
27-02-2020, 13:29

Yaponiya hökumətinin sözçüsü Yosihide Suqa Beynəlxalq Olimpiya Komitəsinin (İOC) nümayəndəsi Dik Paundun koronavirus epidemiyasına görə Tokio Olimpiadasının təxirə salına biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, o, Tokio-2020-yə hazırlığın plan üzrə davam etdiyini söyləyib: "İOC Paundun açıqlamalarının rəsmi olmadığını və Olimpiadaya hazırlıqların planlaşdırılmış qaydada davam etdiyini bizə bildirib".

Qeyd edək ki, D.Paund koronovirusa görə olimpiadanın keçirilib-keçirilməməsinə yarışın başlamasına iki ay qalmış qərar veriləcəyini söyləyib. İyulun 24-də start götürəcək Tokio-2020 avqustun 9-da başa çatacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031