SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan çempionatında ikinci dövrə bu tarixdə başlayacaq

Azərbaycan çempionatında ikinci dövrə bu tarixdə başlayacaq
24-02-2020, 18:07

Azərbaycan Super Liqası və Yüksək Liqasında II dövrənin başlama vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ölkə çempionatının ikinci yarısı fevralın 25-də start götürəcək.

Həmin gün Yüksək Liqada “Express” “Neftçi” ilə üz-üzə gələcək. Saat 15:00-da start götürəcək oyun “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Super Liqada isə iki qarşılaşma oynanılacaq. Öncə - saat 15:00-da “Murov”la “Azərreyl” münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşdən 3 saat sonra isə meydana “Mübariz”lə UNEC çıxacaqlar. Hər iki matç Dərnəgül Voleybol Mərkəzində olacaq.

Qeyd edək ki, “Murov” – “Azerreyl” oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930