SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı

Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı
20-02-2020, 18:22

Futzal üzrə Yüksək Liqada XV turun "Marafon" – "Araz" oyunu yarımçıq dayandırılıb.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hadisəyə “Marafon” komandasının görüşün 26:09 dəqiqəsində hakimin qərarına etiraz edərək meydanı tərk etməsi səbəb olub.

Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" klubu hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Qeyd edək ki, görüşü futzal üzrə FIFA referisi Hikmət Qafarlı idarə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930