SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı
18-02-2020, 19:41

UEFA AVRO-2020-nin qrup oyunlarını Bakıda keçirəcək milli komandaların turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə yığması Avropa çempionatının startına kimi 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq "ay-ulduzlular" 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcəklər. Şenol Güneşin baş məşqçi olduğu kollektiv növbəti yoldaşlıq görüşlərini may və iyun aylarında keçirəcək. Mayın 26-də Antalyada Azərbaycan millisi ilə qarşılaşacaq türklər iyunun 1-də Osiekdə Xorvatiya yığması ilə oynayacaq.

İsveçrə seçməsi martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteyn millisi ilə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcəklər.

Qeyd edək ki, "AVRO-2020"nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930