SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışların ikinci günü başlayıb

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışların ikinci günü başlayıb
16-02-2020, 12:21

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışların ikinci günü start götürüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu gün saat 12:00-da batutçu qadınlar, saat 12:30-da kişilərin fərdi mübarizəsində finallar, saat 13:00-da mükafatlandırma və "AGF Trophy"nin təqdimetmə mərasimi olacaq. Saat 13:15-də tamblinq növündə kişilər, saat 13:45-də qadınların yarışı başlanacaq və 14:15-də mükafatlandırma mərasimi və "AGF Trophy"nin təqdimetmə mərasimi start götürəcək.

Batutçu kişi və qadın sinxron cütlüklərin final çıxışlarına saat 14:30-dan etibarən başlanılacaq. Dünya Kubokuna saat 15:00-da mükafatlandırma mərasimi ilə yekun vurulacaq.

Bu gün Azərbaycan gimnastı Fərid Mustafayev tamblinq üzrə final yarışlarında çıxış edəcək. Fərid Mustafayevin finalda rəqibləri Rüstəm Yusupov (Qazaxıstan), Aleksandr Romaxov (Qazaxıstan), Alexander Renkert (ABŞ), Maksim Ryabikov (Rusiya), Alexander Lisitsın (Rusiya), İtan MakQinness (Avstraliya) və Kaden Braun (ABŞ) olacaq.

Ötən gün azərbaycanlı gimnast Fərid Mustafayev (tamblinq) batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalına çıxıb. F.Mustafayev iki cəhdin nəticələrinə əsasən finala 60,9 xalla vəsiqə qazanıb.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930