SON DƏQİQƏ

naxcivanxeberleri.com

Voleybol komandaları arasında Ordubad rayon birinciliyi keçirilib

Voleybol komandaları arasında Ordubad rayon birinciliyi keçirilib
14-02-2020, 23:52

12-14 fevral 2020-ci il tarixlərdə Ordubad Rayon Polis Şöbəsi, Ordubad Rayon Təhsil Şöbəsi və Ordubad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Texniki Peşə və Sürücülük Məktəbinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol komandaları arasında rayon birinciliyi keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edənlər birinciliyin keçirilməsində məqsədin yeniyetmə və gəncləri zərərli vərdişlərdən kənarlaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili və onları voleybol idman növünə cəlb etməkdən ibarət olduğunu bildirmiş, bədən tərbiyəsi və idmana olan dövlət qayğısını diqqətə çatdırmış və komandalara uğurlar arzulamışlar. Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Vənənd kənd tam orta məktəbin komandası I yerə , Ordubad şəhər 3 №-li tam orta məktəbin komandası II yerə, Xanağa kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla mükafatlandırılmışlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930