SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1": "Mercedes" yeni bolidinin görüntülərini yaydı

14-02-2020, 17:30

"Formula 1"də çıxış edən "Mercedes" komandası 2020-ci il mövsümü üçün yeni avtomobilinin ilk görüntülərini paylaşıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yeni bolid əvvəlki dizayndan ciddi fərqlənmir. Komandanın tərkibi də dəyişilməz qalıb. Mübariz pilotlar qismində yenə britaniyalı 7 qat dünya çempionu Lüis Hemilton və finlandiyalı Valtteri Bottas qalıb.

Qeyd edək ki, "Mercedes" 2014-cü il mövsümündən etibarən "Formula 1"də hegemonlq edir. Almaniya komandası turbomotorların çempionata qayıtmasının ardından son 6 mövsümdə 6 dəfə Konstruktorlar kubokunu qazanıb. "Mercedes" pilotları da eyni sayda dünya çempionu olublar. Titulların 5-i Hemiltonun, 1-i isə 2016-cı ildə idmanla vidalaşan Niko Rosberqin hesabındadır.

Qeyd edək ki, "Formula 1"də mövsümün ilk Qran-prisi 13 - 15 martda Avstraliyada keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829