SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda ilin ilk beynəlxalq yarışı start götürür

Bakıda ilin ilk beynəlxalq yarışı start götürür
13-02-2020, 15:00

Fevralın 15-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, iki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək. Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edəcək.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq. Biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final gününə 15 manat təşkil edir. Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakterli olub. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930