SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərurda 2 fevral-Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Şərurda 2 fevral-Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
1-02-2019, 18:17 141 dəfə baxılıb

Şərur Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “2 fevral-Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov açaraq gəncləri təbrik edib, bu günün mahiyyəti haqqında məlumat verib. Sonra Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan danışıb, 2018-ci ildə gənclər sahəsində görülən işlər barədə məlumat verib. Cahandur Məhərrəmov vurğulayıb ki, bu gün gənclərimiz dövlət idarə və müəssisələrində işlə təmin olunurlar. Bu da dövlətimizin gənclərə göstərilən qayğının təzahürüdür. Sonda gənclər üçün “Gənclər gələcəyimizdir” mövzusunda video çarxa nümayiş etdirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728