SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın 3 güləşçisi erməni rəqiblərini məğlub etdi

Azərbaycanın 3 güləşçisi erməni rəqiblərini məğlub etdi
10-02-2020, 17:41

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla üz-üzə gəlib.

1/4 finalda rəqibini məğlub edən dünya və Avropa çempionu yarımfinala yüksəlib.

Qeyd edək ki, daha öncə digər yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) David Ovasapyana (Ermənistan) qalib gəlib, ardınca isə Alin Aleksuk Kiurariuya (Rumıniya) uduzub. Sənan Süleymanov (77 kq) isə təsnifatda Aik Mnatsakanyanı (Bolqarıstan) üstələyib.

İslam Abbasov (87 kq) ilk görüşündə Kiril Maskeviçi (Belarus) məyus edib, daha sonra isə Arkadiuş Kuliniçi (Polşa) məğlubiyyətə uğradıb. Taleh Məmmədov (63 kq) İbrahim Labazanova (Rusiya) uduzub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031