SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həkimlər Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda işləməyə hazırdırlar

Həkimlər Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda işləməyə hazırdırlar
8-02-2020, 22:20

15-16 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tibb işçilərinin vəzifələri dəqiq müəyyənləşdirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu gimnastika növləri üzrə Azərbaycan milli komandalarının həkimi Aydın Ağaliyev deyib.

A.Ağaliyev bildirib: "Yarışlarda ilkin tibbi yardım briqadalı çalışacaq, o cümlədən ortoped-travmatoloq da cəlb ediləcək. Tibbi heyəti Dünya Kubokunda işə tam hazırdır. Biz həmçinin mövsümi virus infeksiyalarının profilaktikası üzrə müəyyən tədbirlər həyata keçiririk. Dünya Kubokunda 30 ölkədən idmançılar iştirak edəcəklər və bizim tibb komandamız gimnastlara lazımi tibbi yardım göstərməyə hazırdır".

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930