SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Sabah"ın baş məşqçisi: “Onlar bacardıqları hər şeyi etdilər”

"Sabah"ın baş məşqçisi: “Onlar bacardıqları hər şeyi etdilər”
7-02-2020, 21:53

"Uzunmüddətli məğlubiyyət seriyasına son qoyduq. Rəqibin ilk hücumundan sonra hesabda geri düşdük. Bütün futbolçuları təbrik edirəm. Onlar bacardıqları hər şeyi etdilər. Bizim üçün asan matç olmadı. Kollektivdəki bəzi oyunçular bizə gec qoşulublar. Amma inanıram ki, vaxt keçdikcə yaxşı olacaq".

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XVI turunda "Qəbələ"ni 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis iki mərkəz hücumçusu ilə oynamaqlarına münasibət bildirib: "Son üç matçda qol vura bilməmişdik. İndi iki mərkəz hücumçumuz var. Hər ikisi təcrübəlidir. Amma hələ ki, tam hazır deyillər. Meydanda nə etməli olduqlarını bilirlər. Gələcəkdə 2 və ya 1 hücumçu ilə oynaya bilərik. Bir şeyi də əlavə etmək istəyirəm. Ümumiyyətlə hakimlər barədə danışmağı sevmirəm. Amma "Real Madrid"in "Real Sosyedad"la matçına baxdım. 3 dəfə VAR-dan istifadə edildi, sonda cəmi 5 dəqiqə əlavə edildi. Bu gün 7 dəqiqə artırılması çox idi. “Qəbələ”nin də, öz komandamın da futbolçularını təbrik edirəm. Hər iki tərəf əlindən gələnin 100 faizini meydanda qoydu".

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930