SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqa: "Qəbələ" öz meydanında "Keşlə"yə məğlub olub

Premyer Liqa:
2-02-2020, 22:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Keşlə" üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Keşlə" hər iki qolunu ilk yarıda vurub. 35-ci dəqiqədə Miyusko Boyoviç, 40-cı dəqiqədə isə Sezar Meza Kolli fərqlənib. "Qəbələ" isə təsəlli qolunu fasilədən sonra vurub. İvitsa Juniç 60-cı dəqiqədə fərqi minimuma endirib.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Keşlə" "Neftçi"ni şəxsi oyunlardakı üstünlüyü sayəsində (0:0, 2:1) geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 13 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1. Tura saat 17:30-da başlanacaq "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930