SON DƏQİQƏ

naxcivanxeberleri.com

Atletika üzrə dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb

Atletika üzrə dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb
30-01-2020, 10:27

Çinin Nankin şəhərində martda keçirilməli olan atletika üzrə qapalı məkanda dünya çempionatı ölkədəki koronavirusla əlaqədar təxirə salınıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Ümumdünya Atletikası qərar qəbul edib. Mundial 2021-ci ilin martında təşkil olunacaq.

Nankini başqası ilə əvəzləməyə çağıran ölkələrə minnətdarlığını bildirən qurum bundansa yarışın vaxtını dəyişməyi məqsədəuyğun sayıb: "İndi biz dünya çempionatını 2021-ci ildə keçirmək üçün idmançılar, tərəfdaşlar və Nankinin Təşkilat Komitəsi ilə işləyəcəyik. Mundiala genişmiqyaslı planlaşdırması və hazırlığını nəzərə alaraq, bu şəhərin təşkilatçı olmasını istərdik".

Qeyd edək ki, koronavirusla əlaqədar Çində aprelədək bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031