SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanın güləş millisi Avropa çempionatına Türkiyədə hazırlaşır

Azərbaycanın güləş millisi Avropa çempionatına Türkiyədə hazırlaşır
28-01-2020, 14:19

Azərbaycanın qadınlardan ibarət güləş yığması ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, milli komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçir.

Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edir. Azərbaycan millisi fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə toplanış keçəcək. Komanda qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.

Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930